Almaniyanın ev sahibliyi etdiyi Avropa Çempionatında qrup mərhələsinin oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək. Günün ilk matçında Sloveniya Serbiya ilə qarşılaşacaq.

C qrupunun digər matçında Danimarka millisi İngiltərə ilə üz-üzə gələcək.

Günün son matçında İspaniya və İtaliya milliləri güclərini sınayacaq.

AÇ-2024

20 iyun

II tur

C qrupu

17:00. Sloveniya - Serbiya

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen, "Alyans Arena".

20:00. Danimarka - İngiltərə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Frankfurt, "Valdştadion".

B qrupu

23:00. İspaniya - İtaliya

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Helzenkirhen, "Feltins Arena".