Birləşmiş Ştatlar, əsasən, hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin operatorları olmaqla, Yaxın Şərqə daha 900-ə yaxın hərbçi göndərib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi briqada generalı Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Mən təsdiq edə bilərəm ki, Yaxın Şərqdəki vəziyyətlə bağlı ilkin açıqlamamızdan bəri təxminən 900 əlavə hərbçi ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına yerləşdirilib və ya hazırda yerləşdirilir", - o deyib. 

ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq və Mərkəzi Asiyada əməliyyatların planlaşdırılmasına və qoşunların idarə edilməsinə cavabdehdir.