"Birləşmiş Ştatlar Çinin Yaxın Şərqdəki vəziyyətin həllində daha çox iştirak etməsini istərdi". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin Çindəki səfiri Nikolas Börns Brukinq İnstitutunun ABŞ-Çin münasibətlərinə dair təşkil etdiyi seminarda çıxışı zamanı deyib.

Börnsə görə, oktyabrın 7-dən olan müddətdə o, Çin hakimiyyəti ilə əlaqə saxlayıb: "Təbii ki, mən onların adından danışa bilmərəm. Lakin bu münaqişəni məhdudlaşdırmaq üçün onların öz təsir imkanlarından istifadə etmələri vacibdir".

ABŞ-nin Çindəki səfiri Vaşinqtonun humanitar yardım üçün 100 milyon dollar ayırdığını bildirib: "Çinin töhfəsi heç bir şəkildə bizimki ilə müqayisə edilə bilməz".