ABŞ müdafiə naziri Lloyd Austin və onun ukraynalı həmkarı Rustem Umerov Vaşinqtonun Kiyevə hərbi dəstəyini davam etdirməsi imkanları ilə bağlı məsələləri müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti bəyanat yayıb.

Qeyd edilib ki, Ostin və Umerov telefon danışığı zamanı döyüş meydanındakı son hadisələrə toxunublar. Pentaqonun bəyanatına görə, onlar həmçinin ən aktual silah ehtiyaclarını müzakirə ediblər və Konqresin əlavə maliyyə tələbinin təsdiqlənməsinin zəruriliyini qeyd ediblər.