APEC-dəki yüksək vəzifəli ABŞ rəsmisi Mett Murray bu yaxınlarda San-Fransiskoda (Kaliforniya) forum sammitinə hazırlıq çərçivəsində Rusiyadan olan həmkarları ilə görüşüb. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə jurnalistlər üçün noyabrın 15-17-də keçiriləcək APEC sammitinə və əvvəlki görüşlərə həsr olunmuş xüsusi brifinqində bildirib.

"Bu həftənin əvvəlində Rusiyadan olan yüksək vəzifəli həmkarlarımla görüşlər keçirdim. Ruslar bu il San-Fransiskoda müxtəlif görüşlərdə iştirak edəcəklər, lakin Amerikanın sanksiyalarına görə, digər nümayəndə heyətləri ilə eyni səviyyədə görüşlər nəzərdə tutulmur", - diplomat bildirib.

"APEC sammitində Rusiyadan da rəsmilər iştirak edəcək. Amma söhbət sanksiyalarının tətbiq olunmadığı məmurlardan gedir", - Dövlət Departamentinin rəsmisi bildirib.

Bundan əvvəl o, iddia edirdi ki, ABŞ administrasiyası APEC-in San-Fransiskoda keçirilən sammitində Rusiya nümayəndə heyətinin işinə müdaxilə etmək niyyətində deyil.