ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya səfəri sırasında ölkəsinin Kiyevə 1 milyard dollardan çox vəsait ayırdığını açıqlaya bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb. 

Blinken, həmçinin Ukraynaya ordusunu gücləndirmək üçün lazım olan hər şeyi təmin etmək məqsədilə ABŞ-nin hərbi yardımını davam etdirəcəyinə söz verib.

"Mən burada ilk növbədə Ukraynaya güclü dəstəyimizi nümayiş etdirmək üçün gəlmişəm", - ABŞ dövlət katibi deyib.