"ABŞ 2023-cü ilin sonuna qədər Ukraynaya daha iki hərbi yardım paketi təqdim edə bilər, bundan sonra bunun üçün vəsait tükənəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Maliyyəmiz tükənərsə, Ukraynaya kömək etməyə davam etmək üçün əlimizdən gələni edəcəyik, lakin edə biləcəyimiz az şey var. Əlavə maliyyəyə ehtiyacımız var. Bir neçə həftəmiz qalıb. Məncə, yaxın günlərdə və bəlkə də ilin sonuna qədər yaxın bir neçə həftə ərzində yeni hərbi yardımı elan edəcəyimizi görəcəksiniz. Amma sonra Ukrayna üçün əlavə maliyyə almasaq, əlimizdə heç nə qalmayacaq", - o CNN-ə deyib.

Vaşinqton administrasiyası oktyabrın 1-də ABŞ-də başlayan 2024-cü maliyyə ilində ilk növbədə İsrail və Ukraynaya yardım göstərmək, habelə Çin və Rusiyaya qarşı mübarizə məqsədilə oktyabr ayında Capitol Hill-ə müraciət göndərib. Ümumilikdə, prezident Co Baydenin rəhbərlik etdiyi icra hakimiyyəti bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir.