ABŞ administrasiyası Ukraynada hərbi əməliyyatların 2024-cü ildə də davam edəcəyini istisna etmir və buna görə də Kiyevə yardım üçün ABŞ Konqresinə müraciət etməyə hazırdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ hakimiyyətinin 2023-cü maliyyə ilində Ukraynaya əlavə yardım tələbi ilə qanunverici orqana müraciətini şərh edərkən bildirib.

"Bu, hazırda Ukraynada hərbi əməliyyatların vəziyyətini, eləcə də hərbi əməliyyatların hələ də davam edəcəyinin son dərəcə aydın ehtimalını nəzərə alaraq, tələb olunacaq məbləğdir", - Kirbi deyib.

Ancaq o, yardım üçün istəniləcək məbləğin miqdarını qeyd etməyib.