"ABŞ hesab edir ki, Ukrayna ilə bağlı istənilən danışıqların əsası onların Kiyev üçün məqbul olmasıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Danışıqlar necə görünsə də, onlar Kiyev üçün məqbul olmalıdır. İlk növbədə biz danışıqlar prosesinin Ukrayna xalqı və prezident Volodimir Zelenski üçün məqbul olmasının əsasını qoymalıyıq", - o deyib.

Kirbi qeyd edib ki, ABŞ və Ukrayna arasında hərbi sənayedə əməkdaşlığa dair Vaşinqtonda keçirilən konfransda bu kimi məsələlər müzakirə olunmayıb.