ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollar dəyərində “F-16” döyüş təyyarələrinin satışına icazə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Xarici Siyasət Departamenti Türkiyə hökumətinə “F-16”ların 23 milyard dollarlıq potensial satışını təsdiqləyib.

Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.