ABŞ silahlı qüvvələri prezident Co Baydenin göstərişi ilə Suriyanın şərqində iki hədəfə zərbələr endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, bu obyektlər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və əlaqəli qruplar tərəfindən istifadə olunur. Pentaqon bildirilib ki, zərbələr yalnız İraq və Suriyadakı ABŞ qüvvələrini qorumaq üçün nəzərdə tutulub və Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə heç bir əlaqəsi yoxdur.

Açıqlamaya əsasən, bu zərbələr oktyabrın 17-də Suriya və İraqda ABŞ hərbçilərinə qarşı davam edən hücumlara cavab olub.

 

Gözəl Həşimova