ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Vaşinqton tərəfindən müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. 

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-ın müxbirinə komitənin mətbuat xidmətindən məlumat verilib.

"Bəli, qanun layihəsi qəbul olundu. 20 qanunverici lehinə, 1 nəfər əleyhinə səs verdi", - deyə komitə nümayəndəsi qeyd edib.

Sənədin mətnində Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlərdən, habelə Rusiya Federasiyasının digər aktivlərindən istifadə etməklə Ukraynaya əlavə yardımın göstərilməsindən bəhs edilir. Eyni zamanda, Birləşmiş Ştatların Rusiyan aktivlərini müsadirə etmək və köçürmək üçün hər hansı səyləri beynəlxalq müttəfiqlər və tərəfdaşlarla, o cümlədən G7 ölkələri, Avropa İttifaqı, Avstraliya və digər ölkələrlə əlaqələndirilmiş çoxtərəfli səylərin bir hissəsi kimi həyata keçirilməlidir. 

Qeyd edək ki, qanun layihəsi indi Senatın ümumi yığıncağında, sonra isə Nümayəndələr Palatası tərəfindən qəbul edilməlidir, bu halda o, imza üçün prezident Co Baydenə göndəriləcək.