ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımı nəzərdə tutan səlahiyyətlərdən imtina haqqında S.3000 qanun layihəsini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Senatı məlumat yayıb.

Məlumata görə, qanun Azərbaycana silah satışını məhdudlaşdıran 907-ci düzəlişi dayandırmamaq barədə təklifləri əhatə edib.

Qeyd edək ki, Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ-nin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib.