ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, videomaterial 1 avqust - Azərbaycan Dili və Əlifbası Günü münasibətilə hazırlanıb və xalqa da ünvanlanan təbrik Azərbaycan dilində olub.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib ki, diplomatik korpusun əməkdaşları və onların ailə üzvləri ölkəyə gəlməzdən əvvəl bu dili öyrənirlər: "Azərbaycan Dili və Əlifbası Gününüz mübarəkdir! Bu gün Nizami Gəncəvinin dilini qeyd edirik. Səfirliyin bir çox diplomatları və onların ailə üzvləri Bakıya gəlməzdən əvvəl Azərbaycan dilini öyrənirlər. Onlar həmçinin Bakıda işlədikləri müddətdə dili öyrənməyə davam edirlər”.

Eyni zamanda ABŞ səfirliyinin əməkdaşları Azərbaycan dilində yanıltmaclar, şeirlər də səsləndiriblər. Bir əməkdaşı isə olduqca çətin tələffüz olunan “müvəffəqiyyətsizləşdirilməyəcəklərimizdənsinizmi” sözünü deyib.