"Birləşmiş Ştatlar Rusiya Federasiyası üçün sanksiyalar siyahısını genişləndirib. Siyahıya onlarla fiziki və hüquqi şəxs əlavə edilib. Yeni siyahıya Rusiya, Qırğızıstan, Çin, BƏƏ, Tacikistan, Türkiyə və Kiprdən olan 240-a yaxın struktur daxildir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sanksiyalar siyahısına aşağıdakılar daxildir:

Rusiyanın ən böyük 40 bankları arasında yer alan Expobank;
Qızıl mədən şirkəti Highland Gold və onun sahibi Vladislav Sviblov;
Bank olmayan kredit təşkilatı "Metallurq";
Kiprdə yerləşən gəmi sahibi olan IBEX Shipping şirkəti ilə əlaqəli olan “Arkady Chernyshev”, “Kapitan Yakuboviç” və “Maria” adlı Rusiya bayrağı altında üzən üç quru yük gəmisi;
Qızıl mədən şirkəti "Vysochaishy";
Lipetsk avtomobil istehsalçısı "Motorinvest";
"Qazprom Linde Engineering" və "Northern Technologies" şirkətləri.

Siyahıya həmçinin Rusiya Federasiyası vətəndaşları İqor Afanasyev, Boris Bernikov, Ruslan Bulatov, Aleksandr Çerkovski, Sergey Dokuçayev, Vladimir Quqnin, Zarax İliyev, Andrey Kazazayev, Daria Khorkina, Roman Kotekin, Vladimir Krılov, Aleksandr Pan, Aleksandr Potalıyov, Aleksandr Potalıyov, Vladislav Sviblov, İvan Tavrin, Dmitri Veleslavov və Andrey Zelvski daxil edilib. Bundan başqa, siyahıya iki Pakistan, bir Çin, bir Koreya Respublikası və bir Türkiyə vətəndaşı da daxil edilib.

ABŞ Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyi bildiriblər ki, Amerikanın Rusiya Federasiyasına qarşı sanksiyalarının yeni genişləndirilməsi müdafiə sənayesi, enerji sektoru və mədən sənayesinə yönəlib.