ABŞ Rusiyanın maliyyə elitasından 4 şəxsi və bir Rusiya biznes assosiasiyasını sanksiyalar siyahısına əlavə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib. 

Məlumata görə, Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) hədəf aldığı 4 nəfərin Rusiyanın ən böyük maliyyə və investisiya qurumlarından biri olan Alfa Group Konsorsiumunun müşahidə şurasının vəzifəli şəxsləri olduğu bildirilib.

Açıqlamada sözügedən şəxslərə daha əvvəl Avstraliya, Kanada, Avropa Birliyi, Yeni Zelandiya və Böyük Britaniya tərəfindən sanksiya tətbiq edildiyi də qeyd edilib.

Bəyanatda sanksiyaya məruz qalanların Petr Oleqoviç Aven, Mixail Maratoviç Fridman, German Borisoviç Xan və Aleksey Viktoroviç Kuzmiçev olduğu əlavə edilib.