"Yaxın bir neçə həftə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Brayen deyib.

"Növbəti bir neçə həftə tərəflərin niyyətlərdən razılığa keçməyə hazır olub-olmadığını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda "bəli" sözünü əldə etmək ən çətinidir", - diplomat bildirib. 

O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb: "Biz sülh sazişi üzərində işləyirik".