ABŞ Konqresi Polşaya 96 ədəd "AH-64E Apache" helikopterinin satışını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın Müdafiə naziri Mariuş Blaşçak "X" səhifəsindən məlumat verib .

Onun sözlərinə görə, hazırda tərəflər əməliyyatın qiyməti ilə bağlı danışıqlara başlayıb.

Dövlət Departamentinin qərarından sonra ABŞ prezident administrasiyası Konqresi qərarla bağlı məlumatlandıraraq, potensial sövdələşməni nəzərdən keçirmək və ya onu bloklamaq üçün 30 gün vaxt verib.

 

Gözəl Həşimova