ABŞ-nin maliyyə naziri Canet Yellen ölkənin 34 trilyon dolları ötən xarici dövlət borcunu şərh edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında o, xarici borcun miqdarını “qorxulu” adlandırıb. Nazirin sözlərinə görə, xarici borc tamamilə idarə oluna bilər.

Məlumata görə, bu ilin yanvar ayında ABŞ-nin dövlət borcu 34 trilyon dolları ötüb. Son bir ildə bu rəqəm 4 trilyon dollardan çox artıb.