Bu ilin avqust ayında ABŞ-nin xarici ticarət kəsiri iyul ayı ilə müqayisədə 10,8% azalaraq 70,4 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Hesabat dövründə ABŞ-nin idxalı 0,9% azalaraq 342,2 milyard dollara, ixracı isə 2% artaraq 271,8 milyard dollara çatıb.

Yenilənmiş məlumatlara əsasən, iyulda mənfi ticarət saldosu əvvəllər elan olunduğu kimi 78,8 milyard dollar deyil, 78,9 milyard dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 762,8 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

 

Gözəl Həşimova