Salyanda avtomobil kanala aşıb, sürücü ölüb.h

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Salyan sakini, 38 yaşlı Ruslan Nəcəfov idarə etdiyi "VAZ 21015" markalı avtomobildə idarəetməni itirib və maşın kanala aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.