Maliyyə Nazirliyinin regionlar üzrə baş mühasibləri imtahan verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı nazirlik hazırlıqlara başlayıb.

Belə ki, 36 ərazi-inzibati vahidini əhatə edən 6 region üzrə büdcə təşkilatlarının baş mühasibləri və ya aidiyyəti əməkdaşları peşəkar mühasib sertifikatı (PMS) əldə etməsi üçün imtahanlara cəlb olunacaq.