ABŞ Hərbi Dəniz Qüvvələri "Ohayo" sinifli nüvə sualtı qayığının Yaxın Şərqə çatdığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" hesabından məlumat yayıb.

Məlumata görə, sualtı qayıqlar ABŞ-nin strateji hücum nüvə qüvvələrinin əsasını təşkil edir.

Daha əvvəl ABŞ HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında həyata keçirdiyi genişmiqyaslı hücumundan sonra bölgəyə iki təyyarədaşıyan gəmi göndərib.

 

Gözəl Həşimova