"İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçuş aparatı ilə zərbə endiriblər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında məlumat verilib.

Təşkilat Amerika bazasına zərbə endirməsini onun Qəzza zolağındakı cinayətlərinə cavab olaraq izah edib. İraqın İslami Müqaviməti tərəfdarlarının fikrincə, PUA nəzərdə tutulan hədəfi vurub.

Qeyd edək ki, baza artıq dəfələrlə hərəkatın PUA zərbələrinə məruz qalıb. Noyabrın 17-də "Sky News Arabia" telekanalı bir PUA-nın bazaya hücum etdiyini və hədəfi vurduğunu bildirib. Noyabrın 9 və 11-də də bazaya pilotsuz uçuş aparatı ilə hücum edilib.