ABŞ-nin dövlət borcu bu il 275 milyard dollar artaraq 33,442 trilyon dollara çatıb.

Bu barədə İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, bu da ölkə tarixində rekord səviyyə hesab olunur. Buna səbəb isə hökumətin öz idarələri qarşısında öhdəlikləri ilə bağlıdır.

Qeyd edək ki, ABŞ-nin dövlət borcu bir gündə Rusiyanın bütün suveren borcunu 3% üstələyib. Eyni zamanda, Rusiyada ilin əvvəlindən bəri dövlət borcu dollar ifadəsində 57,1 milyard dollar azalıb.

 

Gözəl Həşimova