ABŞ müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə Qərbin Kiyevə hərbi yardımı ilə bağlı məsələləri müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Qeyd edilib ki, Ostin şənbə günü Umerovla telefon danışığı aparıb. Onlar döyüş meydanındakı vəziyyəti, eləcə də Qərbdən Ukraynaya hərbi yardımın prioritetlərini müzakirə ediblər.

Ostin bu həftənin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski və ölkənin müdafiə naziri ilə görüşmək üçün Kiyevə səfər edib. Daha sonra Pentaqon rəhbəri Kiyevə 100 milyon dollar dəyərində əlavə hərbi yardım paketinin ayrıldığını açıqlayıb.