Bu həftə ABŞ maliyyə naziri Çin Dövlət Şurasının baş nazirinin müavini ilə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ABŞ-nin maliyyə naziri Janet Yellen ABŞ-nin ev sahibliyi edəcəyi Sakit Okean ölkələrinin liderlərinin sammiti ərəfəsində dünyanın iki ən böyük iqtisadiyyatı arasında yeni iqtisadi dialoqu dərinləşdirmək məqsədilə bu həftə San-Fransiskoda Çin Baş nazirinin müavini He Lienq ilə görüşəcək. 

Xəzinədarlıq nümayəndələri bildiriblər ki, noyabrın 9-10-da keçiriləcək görüşlər çərçivəsində oktyabr ayında Xəzinədarlıq, Çin Maliyyə Nazirliyi və Mərkəzi Bankın təşəbbüsü ilə yeni iqtisadi və maliyyə forumları keçiriləcək. 

Yellen ilk dəfə Çinin yeni iqtisadiyyat naziri He ilə iyul ayında ABŞ-nin həssas texnologiyaya artan məhdudiyyətləri fonunda pisləşən ABŞ-Çin münasibətlərini sabitləşdirmək məqsədilə Pekinə səfər edərkən görüşmüşdü.