ABŞ Maliyyə Nazirliyi İran və İraq vətəndaşlarına İraqda yerləşən "Kətaib Hizbullah" qruplaşması ilə əlaqələrə görə sanksiya tətbiq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Sənəddə qeyd edilir ki, sanksiya siyahısına İraq vətəndaşları İmad Naci əl-Bəhadli, Cəfər əl-Hüseyni, Bəsim Məhəmməd Xasab əl-Məcili, Xalid Kazım Casim əl-Sakini, habelə onlarla əlaqəsi olduğu iddia edilən İran vətəndaşı Həbib Həsən Muğamis Dərraci daxildir. 

Sənəddə iddia olunur ki, sadalanan şəxslər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəklənən sözügedən qruplaşmanın rəhbərliyinin bir hissəsidir.