ABŞ İsrailin Dəməşqə hücumundan sonra İrana Yaxın Şərqdəki Amerika qüvvələrinə hücum etməməsi ilə bağlı xəbərdarlıq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.

"Biz İran hökumətinə açıqladıq ki, onlar bu insidentdən ABŞ qoşunlarına və ya ABŞ-nin regiondakı aktivlərinə hücum etmək üçün bəhanə kimi istifadə etməməlidirlər. Və biz onlara izah etməyə davam edəcəyik ki, vəziyyəti gərginləşdirmək üçün heç bir addım atmamalıdırlar", - diplomat qeyd edib.