Amerika Birləşmiş Ştatları pilotsuz sualtı, yerüstü və patrul təyyarələrindən istifadə etməklə Hörmüz boğazında hərbi mövcudluğunu artırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının 7 əməliyyat qrupu İran Hərbi Dəniz Qüvvələrinin hərəkətlərini və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) gəmilərini izləmək üçün 12 müxtəlif pilotsuz platformanı şərti gəmilərlə birləşdirib.

Sənəddə deyilir: "Bu əməliyyat bizə mühüm əhəmiyyət kəsb edən boğazda və onun ətrafındakı ərazidə mövcudluğumuzu artırmağa imkan verdi. İran son aylarda müxtəlif ölkələrin bayraqları altında üzən ticarət gəmilərini qanunsuz olaraq ələ keçirib".