ABŞ İsrailə hərbi müşavirlərini göndərib. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

"Mən sizə deyə bilərəm ki, müvafiq təcrübəyə malik bir neçə hərbi zabit var, bizim fikrimizcə, İsrailin həyata keçirdiyi əməliyyatlarda onların peşəkarlığı faydalı ola bilər. Ona görə də öz fikirlərini bölüşmək üçün bölgəyə gedib", - diplomat qeyd edib.

Kirbi İsrailə göndərilən ABŞ hərbi məsləhətçilərinin sayını dəqiqləşdirməkdən imtina edib.