"ABŞ administrasiyası HƏMAS yaraqlıları tərəfindən əsir götürülən ABŞ vətəndaşları da daxil olmaqla, girovların azad edilməsi üçün İsrailə məsləhətçi yardım göstərməyə hazırdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, Vaşinqton HƏMAS tərəfindən ələ keçirilən girovların azad edilməsinə məsləhətçi yardım göstərə bilər: "Əlbəttə, İsrailin girovların azad edilməsində böyük təcrübəsi var".