ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla İranın İsrailin Dəməşqə zərbə endirməsinə cavab verəcəyi təhlükəsi fonunda İsrailə səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kan" radiosu məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl verilən məlumata əsasən, CENTCOM rəhbərinin İsrailin müdafiə naziri Yoav Qalant və İsrail ordusunun yüksək rütbəli nümayəndələri ilə görüş keçirməyi planlaşdırdığı bildirilib.