ABŞ-nin Nyu-Cersi ştatında 4,8 maqnitudada zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ yerli saatla səhər saat 10:20-də baş verib, episentri Nyu-Yorkdan 40 mil qərbdə qeydə alınıb.

Zəlzələ ilə əlaqədar Nyu-Yorkun Con Kennedi və Nyuark Liberti hava limanlarında fəaliyyət müvəqqəti olaraq dayandırılıb.