ABŞ-nin Oklahoma ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində təyyarənin pilotu və iki sərnişin həlak olub.

Qəzaya uğrayan təyyarənin 4 nəfəri daşımaq qabiliyyətinə malik “Foutz-Davis DA-3” tipli yüngül mühərrikli təyyarə olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.