ABŞ-nin Pensilvaniya ştatında bir evdə baş verən partlayışda 4 nəfərin öldüyü, 1 nəfərdən xəbər alına bilinmədiyi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, Pensilvaniya ştatının Plum şəhərindəki evdə hələlik bilinməyən səbəbdən partlayış baş verib.

Partlayışın təsiri ilə 3 ev dağılıb, ətrafdakı bir çox evə ziyan dəyib.

Bölgə Polis İdarəsindən verilən yazılı açıqlamada ilk təsbitlərə görə 4 nəfərin həyatını itirdiyi, 1 nəfərdən xəbər alına bilinmədiyi bildirilib.

Hadisə zamanı xəsarət alan 2 nəfərin vəziyyətinin stabil, 1 nəfərin isə ağır vəziyyətdə olduğu qeyd edilib.

Hadisə ilə bağlı polis araşdırmalarını davam etdirir.