ABŞ-də nümayiş uçuşu həyata keçirən qırıcı təyyarə Miçiqan ştatında dayanacağa çırpılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, qəzadan öncə paraşütlə tullanan iki pilot yüngül xəsarətlərlə xilas olub və xəstəxanaya çatdırılıblar.

Rusiya istehsalı olan "Miq-23" qırıcı təyyarəsinin qəzaya uğradığı parkinqdə heç kimin olmadığı bildirilib. Qəzadan sonra uçuş şousu başa çatıb.

Təyyarənin qəzaya uğrama səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Gözəl Həşimova