ABŞ administrasiyası Tehranı Rusiyaya silahlı pilotsuz uçuş aparatlarının (SİHA) satışını dayandırmağa çağırıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, ABŞ administrasiyası Tehranla gərginliyi azaltmaq  və uzun müddət davam edən nüvə böhranını dayandırmaq üçün yeni yollar axtarır. Hətta ABŞ prezidenti Co Bayden rəhbərliyi bu il Qətər və Omanda İranla baştutan danışıqlarda da bu mövzunu gündəmə gətirib.

İran tərəfi isə öz növbəsində qeyd edib ki, ABŞ İrandan Rusiyaya ehtiyat hissələri, eləcə də Ukraynadakı müharibədə istifadə etdiyi pilotsuz təyyarələrin tədarükünü dayandırmasını istəyir. Tehran dəfələrlə Moskvadan sözügedən dronlardan döyüşlərdə istifadəni dayandırmağı xahiş edib.

Gülşən Şərif