"ABŞ və Çin rəsmiləri arasında keçirilən görüşlər konkret nəticələrdən daha çox yeni danışıqlarla bağlı vədlərə səbəb olub".

İqtisadiyyat.az xəbər verir ki, bu nəticə ABŞ-Çin İqtisadi Əməkdaşlıq və Təhlükəsizlik Komissiyasının ABŞ Konqresinə təqdim etdiyi hesabatda yer alıb.

"Yüksək səviyyəli görüşlərin nəticəsi yalnız yeni görüşlərin, yəni konkret fəaliyyətdən daha çox söhbətlərin vəd edilməsi idi", - hesabatda qeyd edilir. 

Komissiya qeyd edir ki, son illərdə ABŞ-Çin münasibətlərində texnologiya ilə bağlı məsələlər üstünlük təşkil edir. Komissiyaya görə, məhdudiyyətlər nəticəsində 2023-cü ilin ilk səkkiz ayında ABŞ-nin yarımkeçirici ixracı iki dəfədən çox azalıb. Eyni zamanda, sənəd müəlliflərinin qeyd etdiyi kimi, ABŞ-nin digər ölkələrdən olan tədarükçülərə istiqamətləndirilməsi, Çindən asılılığı əhəmiyyətli dərəcədə azalda bilməyəcək, çünki üçüncü ölkələrdən bir çox təchizatçı Çin strukturlarına aiddir.