“Çin şirkətləri Ukraynaya qarşı münaqişədə Rusiyaya maddi yardım göstərməməlidir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Caner Yellen Çin hökümətinin başçısının müavini Hi Lifenq ilə görüşü zamanı deyib.

“Çindəki şirkətlər Rusiyanın Ukraynaya qarşı müharibəsinə, o cümlədən Rusiyanın müdafiə sənayesi bazasına maddi dəstək verməməlidir”, – deyə C. Yellen bildirib.

Öz növbəsində Hi Lifenq iqtisadi-ticari sahədə ABŞ tərəfindən məhdudiyyətlərin artması ilə bağlı narahatlığını ifadə edib.

Qeyd edək ki, ABŞ-nin Sakit okeandakı quru qoşunlarının komandanı, general Çarlz Flinn bildirmişdi ki, ABŞ müdafiə nazirliyi Çinin qarşısını almaq üçün yaxın vaxtlarda Asiyada orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır. Onun sözlərinə görə, ABŞ Çinin raket imkanlarının modernləşdirilməsinə qarşı çıxmaq üçün bir yol tapmaq istəyir.