"Çin Vaşinqtonun çoxsaylı xahişlərinə baxmayaraq, ABŞ ilə hərbi sahədə dialoqun bərpasına razılıq verməyib".

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Hind və Sakit Okeanlardakı təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratner etiraf edib.

O, həmçinin bildirib ki, ABŞ hərbi departamenti tezliklə ÇXR-in hərbi gücü ilə bağlı illik hesabatını dərc edəcək. Ratner bildirib ki, sənəd Pentaqonun Çin Xalq Azadlıq Ordusu (PLA) ilə bağlı yeni əsas qənaətini əks etdirəcək: "Builki hesabat tezliklə, çox yaxında açıqlanacaq. Hesabat departamentin əsas qiymətləndirməsini vurğulayacaq ki, Çin liderləri orduya getdikcə daha çox revizionist məqsədlərini dəstəkləyən məcburedici alət kimi baxırlar".