"ABŞ Hərbi Hava Qüvvələri B-21 Raider bombardmançı təyyarəsinin uçuş sınaqlarına başlayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Ann Stefanek bildirib.

"B-21 Raider uçuş sınaqlarından keçir", - Associated Press onun sözlərindən sitat gətirib. 

Stefanek qeyd edib ki, sınaq ABŞ-yə, müttəfiqlərinə və tərəfdaşlarına qarşı təcavüz və hücumların qarşısını almaq üçün uzunmüddətli və təsirli zərbə imkanlarının təmin edilməsində mühüm addımdır.