ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası “Oracle-M” missiyasını Ayın orbitinə göndərəcək. 

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, missiyanın məqsədi Ay orbitində kosmik gəmilərin manevr qabiliyyətini nümayiş etdirməkdir.

Cihaz “Blue Canyon Technologies” şirkəti tərəfindən istehsal olunacaq. 14,6 milyon dollar dəyərində olacaq müvafiq müqavilə 2021-ci ilin noyabrında imzalanıb.“Oracle-M”in bu ilin iyulunda Pentaqona təhvil verilməsi planlaşdırılır.

“Oracle-M” ABŞ Hərbi Hava Qüvvələrinin Ayda ilk missiyası olacaq.

İSMAYIL ƏLİYEV