ABŞ Finlandiya və İsveçin NATO-ya qoşulması ilə əlaqədar Avropa Arktikasında silah anbarının yerləşdirilməsi planı hazırlayır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Ordusunun Logistika Departamentinin komandir müavini, general-leytenant Kristofer Mohan "Breaking Defence" nəşrinə müsahibəsində bildirib.

"NATO tərəfdaşlarının əlavə olunması ilə təhlükəsizlik mənzərəsi və alyansın bir hissəsi kimi məsuliyyətlərimiz dəyişir", - o qeyd edib.

Mohan əlavə edib ki, ABŞ hazırda Uzaq Şimalda hansı silahların saxlanmasına uyğun olduğuna və bunun üçün hansı ölkələrin seçiləcəyinə qərar verir.

General-leytenant NATO-nun Avropadakı yeni obyektlərinin mümkün yerlərini dəqiqləşdirməyib. "Breaking Defense" görə, bir variant Norveçdir.