ABŞ 2022-ci ilin aprelindən bəri ilk dəfə ötən ilin noyabrında Rusiyadan neft idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin xarici ticarət məlumatlarında deyilir.

Hesabat dövründə ABŞ 10 min barel Rusiya neftini 749 min dollara alıb. Rusiya neftinin bir barelini 74,9 dollara satıb.

Xatırladaq ki, ABŞ Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq etməyə başlayıb və 2022-ci ilin aprelindən etibarən Rusiyadan neft idxalını dayandırıb.

 

Gözəl Həşimova