“A-Qroup Sığorta Şirkəti” ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
"Finans.az" xəbər verir ki, yığıncaq 4 oktyabr 2019-cu il saat 12.00-da Bakı şəhəri, R.Behbutov küçəsi 87A ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə daimi əsaslarla təyinatın edilməsi məsələsi daxildir.