Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələdə 2 mindən çox insanın həyatını itirdiyi bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, Herat Dövlət Xəstəxanasının nəzarətçisi Barat Muin mətbuata açıqlamasına görə, Heratda baş verən zəlzələlər səbəbindən indiyədək Herat Dövlət Xəstəxanasına çox sayda yaralı gətirilib.

Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin Herat əyalətinin müdiri Mövləvi Musa Aşari zəlzələlərdən sonra dağıntılar altında hələ də insanların olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.