Xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan təxminən 600 nəfər bugün "Rəfah" keçidi vasitəsilə Qəzza zolağından çıxa biləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rəfah" sərhəd xidməti öz "Facebook" səhifəsindən məlumat yayıb.

Bu siyahıya ABŞ, Kanada, Çin, Hindistan, Almaniya və Rusiya da daxil olmaqla 15 ölkənin vətəndaşı daxildir.

Məlumata görə, ümumilikdə bu siyahıda 2 mindən çox insan var.

 

Gözəl Həşimova