Bu ilin yanvar-dekabr aylarında Türkiyədə yaşamaq icazəsi olan rusların sayı 34% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Miqrasiya Departamenti məlumat yayıb.

Məlumata görə, Rusiyanın 53 mindən çox vətəndaşı Türkiyəni tərk edib. Yanvar ayına qədər Türkiyədə yaşamaq icazəsi olan 154 mindən çox Rusiya vətəndaşı olsa da, hazırda onların sayı 101 min nəfər təşkil edir.

Türkiyə departamentinin məlumatına görə, noyabrın əvvəlinə 1 milyon 111 mindən çox yaşamaq icazəsi olan əcnəbi Türkiyədə qanuni olaraq yaşayırdı.  Ən çox əcnəbi İstanbulda (560 mindən çox), ən az isə Tunceli vilayətində (53 nəfər) qeydə alınıb.

 

Gözəl Həşimova