"Avstriya, Argentina, Almaniya, ABŞ və Fransa prokurorluqlarının nümayəndələri oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının hücumu ilə bağlı istintaqa kömək etmək üçün bu həftə sonu İsrailə gediblər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin məlumatında deyilir.

"İsrail Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Almaniya, ABŞ, Fransa, Argentina və Avstriyanın prokurorluq orqanlarının rəhbərləri və yüksək vəzifəli prokurorları oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı hücumunu araşdırmaq üçün bu həftə sonu İsrailə gəlib", - bəyanatda deyilir. 

Ofis səfərin məqsədini hüquqi cəbhədə terror təşkilatına təzyiqi artırmaq üçün HƏMAS və onun liderlərinin təhqiqatlarını və mühakimələrini təşviq etmək adlandırıb.

"Nümayəndə heyətinə Argentinanın baş prokuroru, Fransanın antiterror prokurorluğunun rəhbəri, Almaniya federal baş prokurorunun müavini, Avstriya baş prokurorunun müavini, ABŞ Federal Ədliyyə Nazirliyinin terrorla mübarizə bölməsinin rəhbəri və Virciniya ştatının baş prokuroru, eləcə də bu ölkələrin digər rəsmiləri, o cümlədən polis və hüquq-mühafizə orqanlarının nümayəndələri daxildir", - məlumatda deyilir.